48 QHT-yə pul ayrıldı - Siyahı

48-qht-ye-pul-ayrildi-siyahi
Oxunma sayı: 759

“Qafqazinfo”nun məlumatına görə, şuranın sədr müavini Tahir Süleymanovun sədrliyi ilə keçirilən iclasda Şuranın 01 iyul 2011-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə yekun vurulub.Müsabiqəyə ümumilikdə 147 QHT-dən layihə təklifi daxil olub. Onlardan 27-nin texniki sənədləşməsi Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılmış, 120 layihə təklifi ekspertizaya göndərilib.

Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 48 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Müsabiqə qalibləri 26 sentyabr 2011-ci ildən gec olmayaraq Şura Katibliyi ilə müqavilə imzalamalıdırlar.

Apelyasiya ərizələri Şuranın Katibliyində 14 sentyabr 2011-ci il saat 15.00-dək qəbul edilir.

Şuranın iclasında, həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar nəşri nəzərdə tutulan “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının hazırlıq vəziyyəti müzakirə edilmiş və müvafiq qərar qəbul olunub.

İclasda Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi “2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi irsinin qorunmasına dair Dövlət Proqramı”nda Şuraya aid olan məsələlər də müzakirə edilərək, Katibliyə müvafiq göstərişlər verilib.

Siyahı

1. “Ortaq dəyərlər” İctimai BirliyiCamal Aqil Tapdıq oğlu -
“Avrovizion paytaxtının sakini” devizi altında ictimai maarifləndirmə işinin aparılması - 3.100,0

2. Gənclər Mərkəzi İctimai Birliyi, Mirzəyev İqbal Nazim oğlu - Regionlarda ictimai davranış qaydalarının təbliği ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi - 3.000,0

3. Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi, Əsədullayeva Firuzə Bəyməmməd qızı - İctimai davranış qaydalarının təkmilləşdirilməsinə dair təşəbbüslər- 3.000,0

4. Azərbaycan Valideyn-Müəllim Assosiasiyası, Şərifova Təranə Camal qızı -
Əhali arasında ictimai davranış qaydalarının təkmilləşməsinə dair piar kampaniyalarının keçirilməsi, reklam vasitələrinin nümayişi və Bakı, Sumqayıt, Quba, Lənkəran, Gəncə şəhərlərindəki məktəblilər, valideynlər, könüllülər üçün mövzu üzrə təlimlərin təşkili - 3.000,0

5. Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım İctimai Birliyi , İmanov Rüfət Rufulla oğlu - Gənclərin zərərli vərdişlərdən çəkinməsi üçün davranış qaydalarının formalaşmasına dəstək - 3.050,0

6. “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, Fəhradov Ceyhun Şakir oğlu - Yeniyetmə və gəcnlərdə kütləvi aqressiyanın aradan qaldırılması, ictimai davranış və ünsiyyət mədəniyyəti üzrə kulturoloji təlimlərin təşkili - 3.500,0

7. Qadın və Uşaqların Sosial İnkişafı İctimai Birliyi, Cavadova Tünzalə Vaqif qızı - Sağlam milli mənəvi dəyərlərimizə əsaslanan ailə institutunun formalaşmasına dəstək üçün ictimai müzakirələrin təşkili - 3.500,0

8. Gənclərin Elmi İnkişafına Dəstək İctimai Birliyi, Əliyeva Günel Aydın qızı -
Yuvamızı qoruyaq, ailə olaq - 3.500,0

9. Gender və İqtisadiyyat İctimai Birliyi, Kərimova Təranə İsa qızı - İqtisadi maarifləndirmə yolu ilə ailə rifahının təmin edilməsinə dəstək - 3.000,0

10. Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi, Məmmədova Ülviyyə Vaqif qızı
Azərbaycanda ailə institutunun qiymətləndirilməsi, mövcud problemlərin araşdırılması və mənəvi dəyərlərlə ailə institutunun təbliği - 3.000,0

11. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi, Cəfərova Səriyyə Müslim qızı -
Boşanmadan əziyyət çəkən qadınlara hüquqi yardım göstərilməsi - 3.000,0

12.Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi, Verdizadə Seymur Vaqif oğlu -
Məcburi köçkünlər arasında ailə dəyərlərinin təbliği - 4.000,0

13. Azərbaycan Maarifçi Xeyirxah Xanımlar İctimai Birliyi, Babayeva Kübra Təqrulu qızı -
İmkansız ailələrdə valideyn-övlad münasibətlərinin möhkəmləndirilməsinə dair tədbirlər - 3.200,0

14. “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi, Hacıyev Asəf Adil oğlu -
Ailə institutunun güclənməsinə dair təşəbbüslərin dəstəklənməsi - 4.000,0

15. “Doğma yurda qayıdış” İctimai Birliyi, Məmmədov Ağa Həşim oğlu - Ağdam rayonu cəbhə boyu ərazilərdə dövlət rəmzlərinin təbliği - 3.100,0

16. Gəncliyə Dəstək İctimai Birliyi, Xəlilov Eldar Bağı oğlu - “Hər evə bir bayraq” şüarı altında Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərin, dövlət rəmzlərinin gənclər arasında təbliği və aşılanması - 3.000,0

17. “Mübariz” Müharibə Veteranlar Birliyi - Şirinov Seymur Qaytaran oğlu - “Dövlət rəmzlərimiz iftixarımızdır” - /Bakı və Sumqayıt şəhərlərində milli vətənpərvərlik aksiyalarının təşkili, veteranlarla gənclərin ictimai görüşləri, “Dövlət rəmzləri” yaddaş kitabçasının nəşri . - 3.100,0

18. “İntellekt” Uşaq və Gənclərə Kömək İctimai Birliyi, Abbasov Rəşad Soltan oğlu - Bayrağımız – milli qürurumuzdur! - 3.100,0

19. Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyi, Zeynalova Nazlı Əlixan qızı -
VƏTƏNİMİZİ SEVƏK” - Bakı və regionlarda /Masallı, Qazax, Qusar bölgələrində/ “Dövlət rəmzləri”nin təbliğinə dair məktəblilər arasında regional inşa, rəsm və bilik müsabiqələrinin təşkili, tanıtım dərsləri və rəmzlərimizi əks elətdirən tanıtım vasitələrinin yayılması aksiyaları - 3.500,0

20. Uşaq Hüquqları Müdafiəsi Liqası, Bəkirov Yusif Seyfəddin oğlu - Azərbaycan Respublikasının dövlət rəmzlərinin müasir innovativ üsullarla təbliği - 3.000,0

21. Vətənpərvər Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Həsənov Nəsimi Novruz oğlu - Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə alaq - 3.000,0

22. «Dan» Beynəlmiləlçi Gənclər İctimai Birliyi, Teymurova Gülarə Əli qızı - Moskva Dövlət Sosial Humanitar İnstitutunda təhsil alan azərbaycanlı əlilliyi olan və valideyn himayəsindən məhrum olan tələbə-gənclər üçün “Vətən” klubunun yaradılması - 3.500,0

23. Qadınların Təhsil Mərkəzi İctimai Birliyi, Qafarova Sahibə Əli qızı - “Türkiyə universitetləri üçün Qarabağ həqiqətləri” - 5.500,0

24. Gənclərin Maarifləndirilməsi və Təlimi İctimai Birliyi, Əsgərov Rəşad Elviz oğlu - “Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü - Türkiyə səhnəsində” - 5.000,0

25. Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi, Kazımov Ülvi Zakir oğlu - Qarabağ aktuallıqları və Baltikyanı ölkələr - 3.500,0

26. Azərbaycan Aləmi Mədəniyyət Mərkəzi İctimai Birliyi, Buxarova Lyubov Aleksandrovna - Rusiyanın Ulyanovsk şəhərində “Azərbaycanın turizm potensialı və mədəniyyəti” mövzusunda konfransın keçirilməsi, VSD və topluların hazırlanması - 3.000,0

27. Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi, Əliyeva Kəmalə Natiq qızı - Qaçqın və məcburi köçkün uşaqlarının Gürcüstan Respublikasının Tbilisi şəhərində rəsm sərgisinin təşkili - 4.000,0

28. “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi, Hüseynova Təranə Mənsum qızı - Azərbaycan-Yaponiya ölkələrinin mədəniyyətlərarası dialoqunun və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı " mövzusunda tədbirin keçirilməsi - 3.500,0

29. “Ziya” Hüquqi və Sosioloji Araşdırmalar Cəmiyyəti, Balakişiyeva Yeganə Nəsir qızı -
ABŞ-ın Hyuston şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbirlərin keçirilməsi - 4.500,0

30. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Ələkbərli Şamil Sabir oğlu - Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təbliği üçün Almaniyanın Köln şəhərində Qarabağ faciəsi və Xocalı soyqırımı ilə bağlı fotosərginin təşkili və “Qarabağ harayı” kitabçasının (azərbaycan və ingilis dilində) təqdimatı - 5.000,0

31. “Yardım və İnkişaf Assosiasiyası” Beynəlxalq Humanitar İctimai Birliyi
Şahverdiyev Astan Nuşravan oğlu - İşğal edilmiş rayonlardan olan məcburi köçkün tələbələrin iş yeri tapmasına kömək məqsədi ilə “İnternet və veb-dizaynın
əsasları” kurslarının təşkili - 3500

32. İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İctimai Birliyi, Fərzəliyev Əli Vələhəd oğlu - Sosial şəbəkələr vasitəsi ilə ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinin təşkili - 3.200,00

33. “ Yoxsulluğun azaldılması, əlillərə və kimsəsizlərə Komək” İctimai Birliyi, Muradova Əntiqə Mustafa qızı - Yoxsul, əlil, və kimsəsiz gənclərin İKT imkanlarının artırılması - 3.000,0

34. Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi İctimai Birliyi, Nəcəfov Mətləb Möhəbbət oğlu - Göygöl rayonu gənclərinin ekoloji biliklərinin artırılmasında və əhalinin ekoloji maarifləndirilməsində İKT imkanlarından daha səmərəli istifadə edilməsinə dəstək layihəsi - 3.300,0

35. Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi, Məmmədov Elnur Akif oğlu - Gənclərdə İKT-dən istifadə vərdişlərinin inkişaf etdirilməsi - 3.000,0

36. Sosial İnkişafa Yardım İctimai Birliyi, Kazımov Elman Ələsgər oğlu - İsmayıllı rayonunda gənclərin İKT biliklərinin monitorinqi və maarifləndirilməsinə tədbirləri - 3.200,0

37. “Gədəbəyin sosial-iqtisadi inkişafı naminə” İctimai Birliyi, Zeynalova Raisa Məmməd qızı - Gədəbəy rayonunda yaşayan gənclərə informasiya və kommunikasiya texnologiyaları ilə bağlı təlimlərin təşkili - 3.100,0

38. İqtisadi Münasibətlərin İştirakçılarının Maarifləndirilməsinə Kömək İctimai Birliyi, Əliyev Amil Ənvər oğlu - Region gənclərinin müasir informasiya kommunikasiya texnologiyaların imkanlarından səmərəli istifadəsinə dəstək - 4.500,00

39. “ Sosial dayaq” İctimai Birliyi, Niftəliyeva Qərənfil Ağababa qızı - Siyəzən rayonunda yaşayan gənclərin İKT imkanlarından səmərəli istifadə etməsi sahəsində bilik və bacarıqlarının artırılması - 3.200,0

40. Ekoloji Tarazlığın Qorunması İctimai Birliyi, Kərimov Ehtiram Kərim oğlu - Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər - 4.800,0

41. “Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi , Gündüz Osman Mehdi oğlu - Uşaqların informasiya təhlükəsizliyi sahəsində valideynlərin rolunun artırılması - 3.500,0

42. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi, Yaqubova İradə Nəcəf qızı - Uşaq internet portalının yaradılması - 3.500,0

43. Gender Bərabərliyi İctimai Birliyi, Əliyeva Şəkərxanım Alış qızı - Regionlarda gənc qızlar arasında internetdən istifadə ilə bağlı maarifləndirmə işinin təşkili - 3.500,0

44. Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi, Qasımov Ramil Abdul oğlu - Uşaqların və gənclərin , internet-asılılığından qorunması - 3.200,0

45. “İsmayıl bəy Qutqaşınlı” Xeyriyyə İctimai Birliyi, Musabəyov Mehran Cavnşir oğlu -
Karyera quruculuğunda informasiya kommunikasiya texnologiyalarının yeri mövzusunda qaçqın və məcburi köçkün gəncləri üçün seminarlar - 3.100,0

46. “Sosial-İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyi, İsmayılov Rövşən Şakir oğlu - Region gənclərinin elektron hökumət idarəetmə sistemi haqqında məlumatlandırılması - 2.650,0


47. “İnformasiya Cəmiyyəti və Təhsil” İctimai Birliyi, Ağayev Firudin Tərlan oğlu - Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdənkənar İKT məşğələlərin və kursların təşkili - 3.200,0

48. Bələdiyyə Resurs və Təlim Mərkəzi, Həşimli Pərviz - Regionlarda gənclərin internetin imkanlarından daha səmərəli istifadə etməsi üçün təlimlərin təşkili - 3.100,0

Ümumilikdə 165.700,0 AZN