Bu gün Bakı Avrasiya Universitetində 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub.
Açılış mərasimisini açıq elan edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ilk öncə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə qarşıladıqlarını, həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konqres öz işinə başlayıb.
Məlumat üçün qeyd edək ki, konqresə dünyanın 28 ölkəsindən 400-dən artıq elm adamları qatılıb. 18 fevral tarixinə qədər davam edəcək konqresdə 45 seksiya üzrə məqalələr dinlənilib. Qeyd edək ki, təkcə Türkiyə respublikasından 127 elm adamları konqresdə iştirakı təmin olunub.Digər iştirakçıları isə Portuqaliya,Bolqarıstan,Polşa,Səudiyyə Ərəbistanı,İraq,Serbiya,İtaliya,Sloveniya,Hindistan,Gürcüstan,Efiopiya,Rumuniya,Pakistan,Rusiya,Slovakiya,Əlcəzair,Morakko,Özbəkistan republikalarının nümayəndələri təmsil edib.




Son xəbərlər
Son Xəbərlər