Bu gün Bakı Avrasiya Universitetinin (BAAU) və İKSAD İnstitutunun (Türkiyə) təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransı öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasiminə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Bakı Yunus Əmrə İnsititunun direktoru Selçuk Karakılıç, qardaş Türkiyənin müxtəlif ali təhsil müəssisələrinin, tədqiqat institutlarının, dövlət qurumlarının nümayənədləri, ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərin tədqiqatçı alimləri iştirak ediblər.
BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Zirvəsi” 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konfransının keçirilməsi zərurəti, təqdim olunan əsərlərin mahiyyəti barədə məlumat verib. O daha sonra Heydər Əliyev irsi haqqında danışaraq deyib ki, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynayıb.
Konfransın açılışından sonra o öz işini bölmələrdə davam etdirib. Gülzar İbrahimova bildirib ki, konfransa yalnız Ümummilli lider Heydər Əliyevin irsindən bəhs edən məqalələr qəbul edilib. Heydər Əliyev irsini müxtəlif aspektlərdən elmi araşdırmaya cəlb edən tədqiqatçılara öz məqalələrini altı fərqli bölmədə təqdim etmək imkanı yaradılıb.






Son xəbərlər
Son Xəbərlər