BAAU-da Respublika elmi konfransı öz işinə başladı - Fotolar

baau-da-respublika-elmi-konfransi-oz-isine-basladi
Oxunma sayı: 1358

Bakı Avrasiya Universitetində (BAAU) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanın zəfəri və sosial, siyasi - iqtisadi inkişaf perspektivləri” adlı Respublika elmi konfransı öz işinə başlayıb.

“Qafdqazinfo” xəbər verir ki, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar ilk növbədə Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzərək onun əziz və unundulmaz xatirəsini yad ediblər.

Tədbir zamanı 44 günlük müharibədə həlak olan şəhidlərin xatirəsi də bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Rəsmi mərasimindən sonra konfrans 3 bölmə üzrə öz işini davam etdirib.

“Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu”, “Zəfər Bayramı: tariximizin keçmişinə və gələcəyinə elmi baxış” və “Azərbaycanın sosial, mədəni,iqtisadi və siyasi inkişaf istiqamətləri” adlı bölmələrdə konfrans iştirakçılarının maraqlı məruzələri dinlənilib.