BAAU-da Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı

baau-da-veten-muharibesi-sehidlerinin-xatiresi-anildi
Oxunma sayı: 899

Bakı Avrasiya Universitetinin konfrans zalında 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, universitetin professor-müəllim və tələbə heyətinin qatıldığı tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Anım Günü barədə danışan natiqlər 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığını iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov 44 günlük şanlı Vətən Mmharibəsində müzəffər ordumuzun qəhrəman oğullarının  şücaətindən danışıb, şəhidlərimizin qanı, canı bahasına başa gələn Azərbaycanın şanlı qələbəsinə bütün dünyanın şahid olduğu xüsusi vurğulanıb.

Tədbirin sonunda Tələbə Gəlclər Təşkilatının Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.