BAAU-dan təhsilin beynəlmiləlləşməsi ilə bağlı yenilik

baau-dan-tehsilin-beynelmilellesmesi-ile-bagli-yenilik
Oxunma sayı: 2792

Bakı Avrasiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə BAAU-nun inzibati-işçi və professor-müəllim heyəti iştirak edib. Tədbir ali təhsil müəssisələrinin beynəlmiləlləşmə problemlərinə həsr edilib.

Bununla bağlı Belçikada bir həftəlik təlim və seminarlarda iştirak etmiş BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir müzakirələr və sual-cavab formasında davam edib.