Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim kollektivi və tələbələr Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
“Qafqazinfo” xəbər verir ki, universitet rəhbərliyi daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anıb, məzarı üstünə güllər düzüblər.
Ali məktəbin prorektoru Günhan Hüseynli ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə universitetində keçirilən silsilə tədbirlər barədə də məlumat verib.
O qeyd edib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilik və bacarığını ölkəmizin dinamik inkişafına, bunun fövqündə dayanan təhsil sistemimizə qayğısı və milli kadrlarımızın yetişməsindəki yorulmaz fəaliyyəti keçirilən elmi-seminarların və konfransların əsas mövzusuna çevirilib.



Son xəbərlər
Son Xəbərlər