BAAU-nun komandası “Teknofest 2023”ün son seçim turuna qoşulub - Foto

baau-nun-komandasi-teknofest-2023un-son-secim-turuna-qosulub
Oxunma sayı: 2224

Bakı Avrasiya Universiteti (BAAU) bu il Türkiyədə keçiriləcək “Teknofest” festivalında iştirak etmək üçün müsabiqəyə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, artıq BAAU-nun komandası finalın bir addımlığına qədər irəliləyib və sonuncu mərhələyə qədəm qoyub.

Universitetin Mətbuat xidmətindən verilən məlumatda deyilir ki, BAAU-nun komandası bu mərhələdən də keçsə, teknofestdə iştirak etmək hüququ qazanacaq. 

Onu da qeyd edək ki, BAAU “Teknofest 2023”ə mina aşkar edən dron sistemləri layihəsini təqdim edib. Bu sistemlərə insan həyatını qorumaq və mina sahələrində təhlükəzisliyi təmin etmək üçün nəzərdə tutulmuş mini və ya mikro pilotsuz uçüş aparatlarına inteqrasiya olunmuş, eninə və uzununa dalğa yayan sensorlar daxildir. Bu sensorlar vasitəsilə dronlar basdırılmış minaları, əldəqayırma partlayıcıları və partlamamış hərbi sursatları aşkar edərək 3D xəritələrə köçürə bilir. Beləliklə, minatəmizləmə robotları və ya ekspert qurumları mina sahəsinə girməzdən əvvəl minaların yerini və növünü bilir və onları daha effektiv şəkildə zərərsizləşdirə bilir.

Bu sistemlərin həm mülki, həm də hərbi sahədə istifadəsi mümkündür. Belə ki, sərhəd bölgələrində minaları təmizləmək terror təşkilatlarının quraşdırdığı əldəqayırma partlayıcıları tapmaq və ya köhnə döyüş meydanlarını təhlükəsiz vəziyyətə gətirmək üçün istifadə edilə bilər.

Onu da qeyd edək ki, bu uğurlu layihə üzərində BAAU-nun tələbələri, komandanın kapitanı Əli Şıxəli, üzvləri Bəhlul Nəsibli, Svetlana Babayeva, Elşən İsayev, İsmayıl Şükürzadə, Aysu Zeynalova, Natiq Orucov işləyirlər. Layihənin mentoru BAAU-nun müəllimi Aysel Sadıqovadır.