BAAU-nun təmsilçisi sertifikata layiq görülüb

baau-nun-temsilcisi-sertifikata-layiq-gorulub
Oxunma sayı: 788

“Azərbaycan Rektorlar Konfransı”nın yaradılması layihəsi çərçivəsində ali təhsil müəssisələrinin insan resurslarına məsul şəxslərinə “Strateji insan resurslarının idarə olunması” tədris proqramı üzrə sertifikatların təqdim edilməsinə həsr edilmiş tədbir keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, təlim proqramında 16 ali təhsil müəssisəsindən 18 mütəxəssis iştirak edərək təlimi müvəffəqiyyətlə başa vurub. Bakı Avrasiya Universitetinin (BAAU) əməkdaşı Aygün Rəhimova da kursu uğurla bitirərək sertifikata layiq görülüb. Sertifikatlaşdırma təliminin məqsədi ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən məsul şəxslərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, eləcə də təcrübələrinin artırılması olub. 

Təlimdə iştirak etmiş ali təhsil müəssisələrinin nümayəndələri çıxış edərək keçirilən təlimlərdən razı qaldıqlarını, şəxsi və peşəkar inkişaf baxımından faydalı biliklər əldə etdiklərini deyiblər.

Tədbirin yekununda təlim proqramının iştirakçılarına kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim olunub.