İyunun 7-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, mərhum sənətkar Baba Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək görkəmli fırça ustasının həyat və yaradıcılığından söz açıb.
Qeyd edib ki, sənətə gəlişi II Dünya müharibəsi illərinə təsadüf edən rəssamın yaradıcılığında önəmli yeri cəbhədə igidlik göstərən döyüşçülərin bədii obrazları tutur.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında B.Əliyevin çağdaş təsviri sənət nümayəndələrinin müəllimi olduğunu vurğulayıb.
Rəssamın “Qızıl əllər”, “Yeni neft yatağında”, “Yeni qüvvə”, “Mədəndə”, “Dülgərin portreti”, “Muğanda”, “Səhərin şəfəqləri”, “Bəstəkar Cövdət Hacıyevin portreti”, “Qədim Plovdiv”, “Üzüm əkini”, “Neftçilərin istirahəti”, “Dağlar”, “Çuxuryurd”, “Çay qırağında”, “Meşədə səhər”, “Təyyarəçinin portreti”, “Ana ürəyi” və digər tabloları sənətsevərlərin böyük marağına səbəb olub.
Sərgi iyunun 11-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər