Baba ilə toy fotosessiyası - Son arzu

baba-ile-toy-fotosessiyasi
Oxunma sayı: 3495

Həyatımızda bəzi insanların xüsusi yeri olur. Nə olursa olsun onların arzularını həyata keçirmək bəzən həyatımızda ən vacib şeyə çevrilə bilər. 

25 yaşındakı çinli qız Fu Xuavei də ölüm ayağında olan babasını sevindimək üçün maraqlı addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  həkimlər ağır xəstə olan babanın tezliklə öləcəyini deyiblər. Onun ən böyük arzusu isə ölmədən nəvəsinin toyunu görmək olub. Evlilik barədə düşünməyən Xuavei də onu böyüdən babasını sevindimək üçün 475 dollara sürpriz toy fotosessiyası etdirib. O, planlarını gizli tutaraq, babanı həkim nəzarətində xəstəxanaya aparıb. Daha sonra birlikdə şəkil çəkdirəcəklərini deyib. Fotosessiyada bəy qismində olan kişinin sevinci isə gözlərindən oxunub.

Qeyd edək ki, Funun babası ilə arasındakı bağlılığa səbəb valideynləri boşandıqdan sonra onun babası ilə birgə yaşamağıdır. Belə ki, çinli qız babasının şəklinin qoluna döymə etdirərək deyib: "Yeni dostlarım və uşaqlarımın gələcəkdə babamın necə olduğunu soruşduqları zaman onun necə göründüyünü bilməklərini istədim".

Ülviyyə