Baba nəvəsinə atəş açdı - Uşağın ayağı kəsildi

baba-nevesine-ates-acdi-
Oxunma sayı: 2404

Qazaxda baba nəvəsini güllələyib.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.