Baba Rzayev müşavirə keçirdi

baba-rzayev-musavire-kecirdi
Oxunma sayı: 3471


“Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirədə çıxış edən “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra “Azərişıq” ASC tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb.“Azərişıq”ASC tərəfindən Bakı, Şimal, Qərb, Cənub, Aran, Mərkəzi-Aran və Şimal-Qərb regional idarələr yaradılıb. Reabilitasiya proqramına əsasən I mərhələdə regionlarda istehlakçıların fasiləsiz enerjiyə daha çox təlabatı olan region, şəhər, kənd və qəsəbələrdə 600 ədəd 10 kV-luq komplekt transformator məntəqələrinin quraşdırılmasına başlanılıb. Adından göründüyü kimi reabiliyasiya planı ilkin mərhələ üçün təxirəsalınmaz tədbirlər görülməsini əhatə edir. Əsas görüləcək işlər regionların elektrik enerjisi ilə təchizatı işində əsaslı dönüşü nəzərdə tutan perspektiv inkişaf proqramı çərçivəsində həyata keçiriləcək.Təhvil alınan elektrik təchizatı şəbəkələri demək olar ki, yenidən qurulacaq, Bakı şəhərində olduğu kimi regionlarda da Elektrik Şəbəkələrinin yeni, müasir infrastrukturları yaradılacaq. Ölkənin enerji infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan hökumətinin dəstəyi ilə Dünya bankı və Asiya inkişaf bankı ilə danışıqların aparıldığını da diqqətə çatdırıb.