Baba Rzayev səfirlə görüşdü

baba-rzayev-sefirle-gorusdu
Oxunma sayı: 1000

Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “KEP İnternational Trade and Representation” şirkətinin baş direktoru Halim Neyzinin və həmin şirkətin məsləhətçisi Nülənd Çilingirin də iştirak etdiyi görüşdə Azərbaycanda yeni generasiya güclərinin yaradılması, Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1000 MVt-lıq yeni elektrik stansiyası layihəsinə xarici investorların, o cümlədən türk şirkətlərinin cəlb edilməsi mövzusunda müzakirələr aparılıb.