“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.
“Qafqazinfo” xəbər verir ki, “TEPSCO” şirkətinin Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.
Son xəbərlər
Son Xəbərlər