Baba və nəvəni maşın vurub, uşaq ölüb

baba-ve-neveni-masin-vurub-usaq-olub
Oxunma sayı: 697

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisə avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.