Babalarından miras qalan silahları polisə verdilər

babalarindan-miras-qalan-silahlari-polise-verdiler
Oxunma sayı: 3108

Zərdab rayonunda iki nəfər babalarından miras qalan silahları polisə gətirərək təhvil veriblər.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bıçaqçı kənd sakini, 1971-ci il təvəllüdlü Bulud Nuruyev babasından qalmış qoşa lüləli və üzərində “Acer Bayard” sözləri yazılmış öv tüfəngini pulsuz olaraq şöbəyə təhvil verib.

Rayonun digər sakini, 1983-cü il təvəllüdlü Şaiq Musayev də babasından ona miras qalan “İJ” markalı tüfəngi könüllü olaraq polisə təhvil verib.