Abbas Abbasovdan Putinə dəstək mitinqi

abbas-abbasovdan-putine-destek-mitinqi-
Oxunma sayı: 646



Bu gün Rusiyada yaşayan Azərbaycan diasporasının nümayəndələri, o cümlədən bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə mitinq keçirilib. “Qafqazinfo”nun məlumatına görə, aksiyanın təşkil olunmasında Azərbaycan diasporası ilə yanaşı bu ölkədə ictimai fəaliyyətlə məşğul olan baş nazirin sabiq birinci müavini Abbas Abbasov da iştirak edib. Azərbaycanlılar Rusiyada keçiriləcək prezident seçkilərində hazırkı baş nazir Vladimir Putinə dəstək nümayiş etdiriblər. Onlar bəyan ediblər ki, Vladimir Putin bu seçkilərdə daha layiqli namizəddir və onun qələbəsi üçün səs verəcəklər.