“Babçenkonun ölümünün səhnələşdirilməsi təxribatdır” - Rusiya XİN

babcenkonun-olumunun-sehnelesdirilmesi-texribatdir
Oxunma sayı: 1303

Jurnalist Arkadiy Babçenkonun ölümünün səhnələşdirilməsi Rusiyaya qarşı təxribatdır.

"Qafqazinfo"nun  məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat Departamentinin məlumatında bildirilir.

“Təbliğat effektinə hesablanmış hərəkətlər dünya ictimaiyyətinin Ukraynada media nümayəndəsinin ölümünə dair məlumata cəld reaksiya verən dünya ictimaiyyətinin aldadılması ilə nəticələndi. İndi isə həmin tamaşanın əsl motivləri üzə çıxmağa başlayır. Bu tam aydınlığı ilə Rusiyaya qarşı növbəti təxribatdır”, məlumatda deyilir.