Babək Hüseynov da seçiciləri ilə görüşdü - Fotolar

Babək Hüseynov da seçiciləri ilə görüşdü
Oxunma sayı: 2239

78 saylı Lerik seçki dairəsindən namizədliyini irəli sürən, Babək Hüseynov təbliğat-təşviqat kampaniyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, deputatlığa namizəd Heydər Əliyevin büstünü ziyarət etdikdən sonra Lerik rayonunun Piran, Pirasora, Bırsülüm kəndlərində silsilə görüşlər keçirib. Pirasora kəndində seçicilərlə görüşü zamanında namizəd  haqqında ətraflı məlumat verilib, onun işgüzar fəaliyyətini yüksək qiymətləndirilib. Daha sonra çıxış edən B. Hüseynov Prezident İlham Əliyevin qlobal proseslərə və müasir dövrün çevik çağırışlarına adekvat şəkildə, praqmatik yanaşmalar nəticəsində daha da təkmilləşdirilməsindən, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsindən söhbət açıb.

Rayon ictimaiyyəti qarşısında çıxış edən namizəd seçicilərin  müraciətlərini dinləyib, qələbə qazanacağı təqdirdə problemlərin həllində onlara dəstək olacağını vurğulayıb. Sakinlər isə onu dəstəklədiklərini bildirərək seçkidə mütləq iştirak edəcəklərini və Hüseynov Babək Meyxos oğluna səs verəcəklərini qeyd ediblər. Namizəd tədbiri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə yekunlaşdırıb: "Yaşlı nəsil milli və mənəvi dəyərlərimizin qızıl fondudur”. “Böyük işlər görməzdən əvvəl ağsaqqal məsləhəti və xeyir-duasına hamımız ehtiyac duymuşuq”-deyərək onlara sonsuz hörmət və rəğbətini ifadə edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi