Babək Hüseynov seçicilərini fəal olmağa çağırır - Fotolar

babek-huseynov-secicilerini-feal-olmaga-cagirir
Oxunma sayı: 2350

78 saylı Lerik seçki dairəsindən namizədliyini irəli sürən Hüseynov Babək Meyxos oğlunun seçiciləri ilə görüşü davam edir. “Qafqazinfo” xəbər verir ki, deputatlığa namizədin ötən gün, nümayəndələri ilə birlikdə, rayonun Molalan, Şingədilan və Əliabad kəndlərində bir neçə görüşü baş tutub. Görüşlərdə namizəd haqqında geniş məlumat verilib, rayonun belə gənc, inamlı deputata ehtiyacı olduğunu ifadə edilib.

B. Hüseynov ona göstərilən yüksək diqqət və səmimi münasibətə görə, kənd əhalisinə dərin minnətdarlığını bildirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə qazanılmış uğurlardan, əhalinin sosial rifahının yaxşılaşdırılmasından, yeni iş yerlərinin açılmasından, bunun timsalında Lerik rayonunda görülmüş işlərdən ətraflı danışıb:

"Bu praqmatik və adekvat siyasət nəticəsində Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə, Avroatlantika geosiyasi arealında inkişaf edib, səmərəli iqtisadi və sosial lahiyələrin müəllifi kimi tanınıb. Ölkəmizdə təhsil, elm, mədəniyyət sahələri də sürətlə inkişaf edir. Bu lahiyələrin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Onun təşəbbüsü ilə ölkədə geniş miqyaslı lahiyələr reallaşdırılıb, yeni mədəniyyət ocaqları, tədris müəsisələri, xəstəxanalar, qocalar evləri tıikilib vətəndaşların istifadəsinə verilib. Ötən illər ərzində Heydər Əliyev fondu tərəfindən xüsusi diqqətə ehtiyacı olan, kimsəsiz, valideyn qayğısından məhrum uşaqların yaşayış və təhsil şəraitinin təşkil olunması istiqamətində də əsaslı tədbirlər həyata keçirilib”.

Daha sonra kənd əhalisinin müraciətlərini dinləyərək, onları narahat edən məsələlər barədə müzakirələr aparılıb. Mədəniyyət evinin istifadəyə yararsız olduğunu bildirən kənd sakinlərinə bu sahənində ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayaraq qələbə qazanacağı təqdirdə bütün rayon ərazisində mövcud olan bu problemin həllində əlindən gələni edəcəyinə söz verib.

Daha sonra kənd sakinləri çıxış edərək parlament seçkilərində rayonun ağsaqqalları və ziyalıları başda olmaqla səslərini Hüseynov Babək Meyxos oğluna verəcəklərini qeyd ediblər.

Babək Hüseynov da öz növbəsində seçicilərini parlament seçkilərində fəal olmağa çağırıb.