Babək prospekti yenidən qurulacaq - 20,1 milyon manat ayrıldı

babek-prospekti-yeniden-qurulacaq
Oxunma sayı: 4179

Prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə 2018-ci il dövlət büdcəsindən 20,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi maliyyələşməni təmin etmək tapşırılıb.