Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə yazıb. O qeyd edib ki, təmir gedən hissə üzrə hərəkət bərpa olunub.
Qeyd edək ki, bu gün sözügedən prospektin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çökmüşdü.
Son xəbərlər
Son Xəbərlər