Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, 2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.
Hadisə yerinə 2 təcili yardım maşını və yol polisi cəlb edilib. Prospektin şəhər istiqamətində hərəkət hissəsində hazırda tıxac yaranıb.
Qəza törətmiş avtomobillərin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər