“Azəryolservis”dən “Qafqazinfo”ya daxil olan məlumata görə, ümumi uzunluğu 1050 metr olacaq küçənin 600 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür. Hazırda yol yatağının əsası tikilir. Küçədə yol geyiminin qalınlığı 79 sm olması nəzərdə tutulub. Bundan 27 sm əhəngdaşı, 25 sm qum-çınqıl və 27 sm asfalt-beton örtükdür.
Qeyd edək ki, Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Xaqani Rüstəmov küçəsinin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər