Abel Məhərrəmov Rafiq Əliyevdən danışdı

abel-meherremov-rafiq-eliyevden-danisdi
Oxunma sayı: 735

“Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, Abel Məhərrəmov jurnalistlərə müsahibəsində deyib: "Rafiq Əliyevin işdən çıxarılmasında qeyri-adi heç nə yoxdur. Akademik də, daha yüksək vəzifəli şəxslər də, alimlər də işdən çıxarıla bilər. Məsələn, Bakı Dövlət Universitetinin bir neçə akademiki ərizə yazaraq vəzifələrindən imtina ediblər. Mənim mətbuatda oxuduğum məlumata görə, Rafiq Əliyev iş qrafikini pozduğu üçün rektor tərəfindən tutduğu vəzifəsindən uzaqlaşdırılıb. İş rejimini pozan istənilən alim, akademik, laborant işdən xaric oluna bilər. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Bu yaxınlarda Bakı Dövlət Universitetinin alimləri və ağsaqqallarının Rafiq Əlyevlə bağlı müraciəti olacaq. Müraciət ondan ibarətdir ki, bəzi alimlər və ziyalılar yığışaraq müxtəlif forumlar keçirir və müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, Azərbaycan inkişaf edir və ölkəyə sabitlik gərəkdir. Bu sabitliyin qorunması üçün hər kəs öz dəstəyini əsirgəməməlidir. Azərbaycan həmçinin, müharibə şəraitində yaşayır”.

“Bu məsələdə müxalifətin və xarici qüvvələrin rolu ola bilərmi?” sualına deputat Abel Məhərrəmov belə cavab verib: “Mən əlbəttə, buna böyük üstünlük verirəm, çünki bəzi müxalifət qüvvələri açıq danışıram ki, bəzi xarici dövlətlərdən qrant alırlar. Bu qrantlar hesabına müəyyən tədbirlər keçirirlər. Bəzən isə ürəkdən keçirməsələr də amma qrantı aldıqlarına görə məcburdurlar ki, bu tədbiri keçirsinlər. Keçirənkən də müxalifət hökumətin əleyhinə çağırışlar edir və insanları azdırmaq istəyir. Bir daha ziyalı həmkarlarıma üz tutub deyirəm ki, dövlət əleyhinə olan bu kimi çağırışlar, forumlar və əməllərdən çəkilsinlər”.

Rektor xatırladıb ki, hazırda Bakı Dövlət Universitetində 300-dən çox professor, 30-a yaxın akademik, 14 deputat var, amma belə xoşagəlməz hadisələr burada baş vermir.