“Baboş”a hökm oxundu

babosa-hokm-oxundu
Oxunma sayı: 1549

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunun qardaşını bıçaqlamaqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Ağasalı Xəlilzadəyə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə X.Ağasalı 7 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci il oktyabrın 21-də Sulutəpə qəsəbəsində yaşayan A.Xəlilzadə dostu Müşfiq Qədirov və onun qardaşı Elxanla borca görə mübahisə edib və Elxanı bıçaqlayıb. 

A.Xəlilzadə deyib ki, hadisədən bir neçə gün öncə Müşfiqi polislər aparanda dostu olduğu üçün onunla birlikdə gedib. Sərbəst buraxılandan sonra isə Elxan onu polisdən buraxdırmaq üçün xərclədiyi 60 manatı tələb edi: "10 manat verib qalanını sonra verəcəyimi dedim. Elxan tez-tez zəng edib pulu istəyirdi, bir dəfə də məni döymüşdü. Həmin gün ona dedim ki, qardaşına görə içəri düşmüşəm, o da "mənə dəxli yoxdu, pulu ver" dedi və məni vurmağa davam etdi. Mən də bıçaq götürüb onu vurdum". 

X.Ağasalı dostları arasında "Baboş" ləqəbi ilə tanınırmış.

Murad Əhməd