ABŞ-da Heydər Əliyevin büstü açıldı

abs-da-heyder-eliyevin-bustu-acildi
Oxunma sayı: 683

Azərbaycanın Amerikadakı səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, büst Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə qoyulub.

Bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur.

Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edib. O, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib.

Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı Səfirliyinin əməkdaşları iştirak ediblər.