“Baby Shark” əsasında film çəkiləcək

baby-shark-esasinda-film-cekilecek
Oxunma sayı: 3254

“Paramount Plus” yayım xidməti “Baby Shark” klipinin motivləri əsasında bədii film çəkəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, uşaqlar üçün çəkilmiş eyniadlı video "Youtube" tarixində 10 milyard baxışı keçən ilk klipdir.

2023-cü ildə tam ekranlaşdırılacaq bədii film “Nickelodeon Animation” və “Pinkfong” şirkəti tərəfindən istehsal olunacaq. Digər təfərrüatlar hələlik məlum deyil.