“Bacarmadığım işi öhdəmə götürə bilmərəm”

bacarmadigim-isi-ohdeme-goture-bilmerem
Oxunma sayı: 1285


“Qafqazinfo”nun əməkdaşı ilə söhbətində müğənni  yeni yaradıcılıq işlərindən danışıb: “Ziynət Sali ilə oxuduğumuz “İstanbul”mahnısına klip çəkilib. Türkiyədə yayımlanacaq, Azərbaycanda da təqdimat keçirəcəyik. Ziynət Sali ilə Bakıda konsert vermək istəyirik. Danışıqlar aparılır. 

Eyni zamanda yeni mahnılar üzərində işləyirəm. Duet təklifləri gəlsə, dəyərləndirəcəyəm. Duet oxumağı sevirəm. Film təklifləri də alıram. Aktyorluq qabiliyyətim yoxdur. Filmdə çəkilmək istəmirəm. İnsan özünü qonorara görə sata bilməz. Bacarmadığım işi öhdəmə götürə bilmərəm. Mən müğənniyəm , öz yaradıcılığımla məşğulam”.

Könül