Bacı və qardaşı bıçaqladı, biri öldü

baci-ve-qardasi-bicaqladi-biri-oldu
Oxunma sayı: 1482


“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 16-da Bibiheybət qəsəbəsində yaşayan Türkan Hüseynlinin evinə gələn tanışı onu və qardaşı Elvini bıçaqlayıb.

Bakı şəhər sakini Rasim Mustafayev cinayəti törətdikdən sonra hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Elvin orada ölüb.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Murad Əhməd