Yanvarın 19-da bacısı oğlu Sərxan Mamedzadə ilə birgə tamah məqsədi ilə fermer Əhliman Cənnətovu öldürməkdə təqsirləndirilən Mansur Qasımov da saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə günü S.Mamedzadə saxlanılsa da, M.Qasımov qaçıb gizlənərək istintaqdan yayındığı üçün təxminən 1 həftə axtarışda olub.
Rəsmi məlumata görə, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.
Yanvarın 19-u axşam saat 20 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb. Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər