Bacısı Röya ilə qalmaqala görə Səidədən küsüb? - Açıqlama

bacisi-roya-ile-qalmaqala-gore-seideden-kusub
Oxunma sayı: 3180

Xalq artisti Röya Ayxan və müğənni Səidə Sultan arasında yaranan qalmaqal ailə üzvləri ilə münasibətə də təsirsiz ötüşməyib. İddia edilir ki, Səidə Sultan bacısı, aparıcı Nəsib Nurun xanımı Pərvanə Əhmədova ilə küsülüdür. Buna səbəb kimi Pərvanənin Röya ilə qalmaqalda bacısına irad bildirməsi və qarşı tərəfi dəstəkləməsi göstərilib. Hətta P. Əhmədova instaqramda Səidəni izləmə siyahısından çıxarıb.

“Qafqazinfo” mövzu barədə Pərvanə Əhmədova ilə əlaqə saxlayıb. O, açıqlamasında bacısı ilə münasibətlərinin R. Ayxana görə pozulmadığını bildirib:

“Heç yazıdan xəbərim yoxdu. Ucuz söhbətlərə görə münasibət korlanmaz. Yəni, bizim Röya ilə də münasibətimiz bu söhbətə görə dəyişməyib. Dirijorluq edib boş söhbətlər yayırlar, şayiədir”.

Qeyd edək ki, məlumatı big.az saytı yayıb.

Xatırladaq ki, Səidə instaqramda fotosessiyasından bir görüntü yayımlayaraq Röyanın onu təkrarladığını iddia etmişdi.