Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədova hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Nəbiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər