“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərindəki mərkəzi bazarda qeydə alınıb. 1963-cü il təvəllüdlü Nadir Abduləliyev bazarda bacısı, 1965-ci il təvəllüdlü Aybəniz Lətifovaya ov tüfəngindən atəş açıb.
Məlumata görə, ərindən boşanan Aybəniz Lətifova ilə qardaşının münasibətləri sərin olub. Pula ehtiyacı olan qadın bankdan kredit götürmək istəyib və qardaşından ona zamin durmasını xahiş edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb:
“Məni çağırdı, bazara getdim, qorxutmaq üçün 2 dəfə atəş açdım”.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər