Bacısını internetdəki şəkillərə görə bıçaqlayıb

bacisini-internetdeki-sekillere-gore-bicaqlayib
Oxunma sayı: 6420

Şəmkirdə bıçaqlanma olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Zəyəm Çırdaxan kənd sakini, 1986-cı təvəllüdlü Səhər Pənah qızı Nəsibova döş qəfəsinin arxa hissəsinin kəsilmiş deşilmiş, daxilə nüfuz etməyən xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

***

1986-cı il təvəllüdlü Səhər Nəsibova qardaşı 1991-ci il təvəllüdlü Elçin Nəsibov tərəfindən yaşadığı evdə münaqişə zəminində bıçaqlanıb.

E. Nəsibov tutulub. 


***

Polis Bölməsindən Anspress-ə bildiriblər ki, hadisəyə səbəb Elçin Nəsibovun bacısı Səhərin internetdə fotolarını görməsi olub. O, bacısının bu əməlinə əsəbiləşib və buna görə də onu bıçaqlayıb.

Bıçaqlanan qadın 3 azyaşlı uşaq anasıdır.