Bacısını qoruyan əlil döyüldü- - Bakıda

bacisini-qoruyan-elil-doyuldu-
Oxunma sayı: 1125


“Qafqazinfo” teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Z.Xəlilov küçəsində qeydə alınıb.  Məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Əliyev (xəbərdə qeyd olunan ad və soyadlar şərtidir-red.) bacısı, 1966-cı il təvəllüdlü Samirə Verdiyevanın evində zorakılıqla üzləşib. O, bacısının qonşusu, 1992-ci il təvəllüdlü Mustafa Vəliyev tərəfindən döyülüb.  

Samirə Verdiyeva qardaşının döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə şikayət edib. Polis onun şikayəti əsasında araşdırma aparır.  

Bildirilir ki, hadisə avqustun 14-də, gecə saat 00.30 radələrində baş verib. 23 yaşlı oğlan Samirə Verdiyevaya sataşıb. Bunu görən Akif Əliyev Mustafa Vəliyevlə mübahisə edib. Mübahisə zamanı 2-ci qrup əlil olan Akif Əliyev döyülüb.

“Qafqazinfo”