“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin yanvarın 8-də Sabunçu rayonunda bacısını, ərini və 2 uşağını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Yaşar Əzimov məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları, 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb.
Hadisənin baş verməsinə Yaşar Əzimovla Yaşar Novruzov arasında yaşanan mübahisə səbəb olub. Onlar arasında olan mübahisə davaya çevrilib. Ailənin digər üzvləri də hadisəyə müdaxilə edib. Nəticədə Y.Əzimov ailənin bütün üzvlərini bıçaqlayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər