Bacısını və ailəsini bıçaqlayan qardaş saxlanıldı - Açıqlama

bacisini-ve-ailesini-bicaqlayan-qardas-saxlanildi
Oxunma sayı: 5151


Həkim-cərrah Aydın Kazımov "Qafqazinfo"ya açıqlamasında xəstələrinin hazırda reanimasiya şöbəsində olduğunu bildirib: "Yaralılar yanvarın 7-də saat 23:10 radələrində xəstəxanaya gətirilib. Ailə başçısı Yaşar qarın nahiyəsindın bıçaqlanıb, bağırsaqları deşilib. Onun həyat yoldaşı Novruzova İzzətxanım Şəki qızı qarın boşluğundan və döş qəfəsindən bıçaq zərbəsi alıb. Övladlardan biri Faiq Novruzov qarın nahiyəsindən, digəri Rəşad Novruzov isə qolundan xəsarət alıb.

Ümumilikdə, heç biri üçün həyati təhlükə yoxdur".

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bıçaqlanmaya səbəb ailə başçısı və qaynı arasında olan söz mübahisəsi olub. Bundan sonra cinayətdə şübhəli bilinən şəxsin bacısının bu mübahisəyə qarışmasından sonra məlum hadisə baş verib. Əsas mübahisə qayın və yeznə arasında olub. 

***

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisəni törədən 45 yaşlı Yaşar Əzimov saxlanılıb. Hazırda o, Rayon Polis İradəsindədir.

Murad Əhməd