ARB TV-nin “Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, cəzası 9 il olan biznesmen narkotik satdığına görə həbs olunduğunu deyib:
“20 il Rusiyada yaşadım. Ailəmlə birlikdə işləyib, yaşayırdım. Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır.
Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.
Son xəbərlər
Son Xəbərlər