Bacısının evində dəm qazından boğuldu

bacisinin-evinde-dem-qazindan-boguldu
Oxunma sayı: 1684

Qobustanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Mürşüdova Güldanə Zahir qızı dünən saat 20:45-də rayonun Nabur kəndində bacısının yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.