Bacısının evindən 250 manat oğurladı, saxlanıldı

bacisinin-evinden-250-manat-ogurladi-saxlanildi
Oxunma sayı: 1183

Bakıda bacısının evindən oğurluq edən şəxs saxlanılıb.

"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi Bağlar yaşayış massivində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Ağayevanın evindən 250 manat və qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi bu barədə polisə məlumat verib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyənləşdirilib.

Hadisəni törədən şəxsin K.Ağayevanın qardaşı, qəsəbə sakini 1988-ci il təvəllüdlü Elnar olduğu məlum olub.