"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından “a24.az”a verilən məlumata görə, dünən saat 20:10 radələrində rayonun Perimbel kəndində 1993-cü il təvəllüdlü Rzazadə Firuz Ziyad oğlu qısqanclıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Xurşudov Vüqar Miqyas oğlunu güllələyərək öldürüb.
Məlumata görə, Vüqar Xurşudov bir neçə il bundan əvvəl rayonda Firuz Rzazadənin bacısı ilə qeyri-rəsmi nikahda yaşayıb. Sonra Bakıya qayıdıb və üç il imiş ki, rayona getmirmiş. Bacısının onunla görüşdüyünü bilən Firuz Rzazadə isə rayona gələn kimi onu öldürəcəyini deyib. Və 3 ildən sonra V.Xurşudov rayona qayıdıb, bundan xəbər tutan Firuz isə vədinə əməl edib.
F.Rzazadə tutulub.
Faktla bağlı cinayət işi açılıb, istintaq başlanıb.
Son xəbərlər
Son Xəbərlər