Badamdar qəsəbə nümayəndəliyi hesabat verib

badamdar-qesebe-numayendeliyi-hesabat-verib-
Oxunma sayı: 1879



“Qafqazinfo” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış eədən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki,   ötən  il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki  136 saylı uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir.  İl ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 9930 kv. metr asfalt örtüyü təmir olunub və yenidən çəkilib.  

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verib. O, bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə «Abad həyət» layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və  idman kompleksinin tikintisi başa çatdırılacaqdır Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcək.