AFFA-dan futbolçulara cəzalar gəldi...

affa-dan-futbolculara-cezalar-geldi-
Oxunma sayı: 674

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları, həmçinin Premyer Liqanın XXIX turunun oyunlarında baş verənlər müzakirə olunub.

Kubokda keçirilən “İnter”–“Neftçi” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq komanda 1000 manat cərimə olunub.

Çempionatın “Rəvan”–“Turan” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub. “Rəvan”ın oyunun 60-cı dəqiqəsində meydandan qovulan futbolçusu Taqim Novruzov 1 oyunluq cəzalanıb və klub 200 manat cərimə olunub.

“Simurq”–“Sumqayıt” qarşılaşmasında isə 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ziyana düşüb. Oyunun 54-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Eşqin Quliyev birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu isə 2 min manat xərcə düşüb. Matç başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb. Buna görə onun komandası 4 min manat ödəməli olacaqdır. Qarşılaşmadan sonra mətbuat konfransında iştirak etməyən “Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab üçün klub daha 1000 manat cərimə olunub.

“Qarabağ”–“Bakı” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat ödəməlidir.

“İnter”–“Qəbələ” oyununda meydandan kənarlaşdırılan Mahir Şükürov 1 oyunluq cəzalanıb və klubunu 200 manat xərcə salıb.