Bağda gilas yığırdı, “tok” vurub öldürdü

bagda-gilas-yigirdi-tok-vurub-oldurdu
Oxunma sayı: 3860

Xaçmazda kənd sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. 

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.

Məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü Bağırov Yaqub Zümrüd oğlu bağda gilas yığarkən 10.000 kV elektirik xətlərinin ağaca toxunması səbəbindən dünyasını dəyişib. 

Faktla əlaqədar araşdırma aparılır.