İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı raket hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” telekanalı yayıb.
Hava limanı üzərinə 6 raket atıldığı qeyd olunur. Onlardan bəziləri uçuş-eniş zolağının və hava limanının binasının yaxınlığına düşüb. Hazırda insidentin detalları araşdırılır.
Son xəbərlər
Son Xəbərlər