“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, bunu İran prezidentinin milli azlıqlar üzrə müşaviri Əli Yunisi deyib.
O, “Böyük iranlı kimliyi” konfransında çıxışı zamanı söyləyib ki, sözügedən bölgələrdə strateji və mədəni, tarixi nüfuz olduqca önəmlidir.
İran prezidentinin rəsmi nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahunun “İran dörd ölkəni uddu” fikrinə də münasibət bildirib. Əli Yunusi qeyd edib ki, Netanyahu əslində İranın bölgədə böyük təsiri olduğunu dilə gətirib: “İraq bu an sadəcə bizim mədəniyyət təsirimiz altında olan ölkə deyil. Bağdad bizim mədəni mərkəzimiz və paytaxtımızdır”.
Son xəbərlər
Son Xəbərlər