Bağdadda aksiyaçılara atəş açıldı - Ölənlər və yaralananlar var

bagdadda-aksiyacilara-ates-acildi
Oxunma sayı: 665

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə aksiyalarda iştirak edən nümayişçilərə atəş açılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər aksiyaçıların düşərgə saldıqları ərazini atəşə tutub. Nəticədə 7 nəfər ölüb, onlarla insan yaralanıb.

Qeyd edək ki, iraqlılar işsizlik, korrupsiya əleyhinə və kommunal xidmətlərin olmamasına etiraz olaraq oktyabrın 1-də nümayişlər keçirirlər.