Bağdadın beynəlxalq aeroportu raket atəşinə məruz qalıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, zərbə altına ABŞ hərbçilərinin olduğu “Viktoriya” düşərgəsi düşüb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Bundan başqa, azı 3 raket İraq Silahlı Qüvvələrinin Bağdaddan şimalda yerləşən Bələd bazasına düşüb. Burada İraqın F-16 qırıcılarına xidmət edən xarici mütəxəssislər, həmçinin ABŞ-ın özəl hərbi şirkətinin əməkdaşları yerləşdiriliblər. Xəsarət alanlar barədə məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər